Hər gün orta hesabla 6 azərbaycanlı Almaniyadan sığınacaq istəyir
Ölkədən getmək istəyən çoxdur. Sosial şərtlərin uyğun olmaması, gənclərin özünü vətəndə ifadə edə bilməməsi, gələcəyini xaricdə görməsi, fundamental məsələlərdə bitib-tükənməyən haqsızlıq ölkədən xaricə üz tutmaqla bağlı qərarda vacib rol oynayır. Müəyyən vəsaiti toplaya bilənlər xaricə yollar axtarır. Vətəndaşlar əsasən, Avropa haqqında düşünürlər. Polşa və Litva istiqamətləri çox populyarlaşıb. Çünki bu ölkələrə viza almaq köhnə qitənin digər dövlətləri ilə müqayisədə daha asandır.
Bizimyol.info xəbər verir ki, Azərbaycan vətəndaşları daha çox Almaniyaya can atır. Hər şeydən əvvəl müşahidələr bunu göstərir. Sosial platformalardakı viza qruplarında Almaniyada gələcək ehtimalı xüsusi müzakirə olunur. Qeyri-Avropa dövlətlərindən Kanada bu mənada məşhurdur. Amma insanlar okeanın o tayına gedib çıxmağı bir o qədər real saymırlar. Almaniyaya isə yetişmək olar.
Müşahidələrdən başqa, statistika da köməyə çatır. Hər gün orta hesabla 6 azərbaycanlı Almaniyadan sığınacaq istəyir. Əvvəlki illərin rəqəmləri də fərqli şey demirdi. 2024-cü ilin ilk üç ayının statistikası bizi konkret bu reallıqla üz-üzə qoyur. İlin ilk rübündə Azərbaycanın 528 vətəndaşı Almaniyaya gedərək uyğun qurumlara sığınacaq üçün müraciət edib. Onların 395-nin müraciətinə baxılıb. Həmin şəxslərin cəmi 15-nin istəyinə müsbət cavab verilib. Yəni o azərbaycanlılar qaçqın kimi tanınıb, yaşayış hüququ əldə ediblər. Qalanlarının məsələsi sual altındadır.
Əslində, Almaniya sığınacaq istəyən azərbaycanlıların müraciətlərinə bir o qədər isti yanaşmır. Ən çox bu Avropa dövləti deportasiya qərarı verib. İnsanlar hər şeyini sataraq Almaniyaya üz tutur, bəzən illərlə qaçqın düşərgəsində vaxt itirir. Sonra isə imtina cavabı alırlar. Azərbaycana qayıdandan sonra toparlanmaq mümkünsüzə çevrilir. Çünki burada sosial proqramlar zəifdir.
Azərbaycanlılar Almaniyaya təkcə siyasi motivlərlə üz tutmur. Orada qalıb işləmək istəyənlər də çoxdur. Azərbaycan Tibb Universitetinin tələbələrinin Almaniya arzusu lətifəyə çevrilib. Bakıdakı alman dili kurslarının xidmətindən istifadə edənlərin əksəri gələcək həkimlərdir. Bu meylin nəticəsidir ki, Almaniyada işləyən azərbaycanlı həkimlərin sayı 2 min nəfərə çatır.
İstənilən halda kədərli mənzərədir. Hər gün aramızda neçə-neçə insan vətəni birdəfəlik tərk etmək barədə düşünür. Ölkə üçün nə qədər faydalı adamı itiririk. Hökümətin açıqlamalarında həmişə maddi kapitalın insan kapitalına çevrilməsindən danışılır. Halbuki indiyə qədər ortaya qoyulan iş həmin insanları itirməyə hesablanıb.
Tarix: 17-04-2024, 18:21
-
Bu gün, 18:51
Əldə edilən razılaşma həm Türkiyə, həm İraq, həm də Kürdüstan müxtariyyəti üçün müsbətdir
-
Bu gün, 18:47
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
-
Bu gün, 18:13
Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...
-
Bu gün, 18:11
Fon der Lyayen: "TikTok" Avropa İttifaqında bloklana bilər"
-
Bu gün, 18:09
"Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq
-
Bu gün, 17:01
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
-
Bu gün, 16:50
ABŞ Maliyyə Nazirliyi Rusiya bankları ilə əməliyyatlara icazə verib
-
Bu gün, 16:42
Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası
-
Bu gün, 16:37
Tanınmış hüquqşünas OBA marketi məhkəməyə verdi
-
Bu gün, 16:34
Anar Məmmədlinin saxlanılması Aİ üçün narahatlıq doğurur
-
Bu gün, 16:09
Kimin arzusu çin olacaq?
-
Bu gün, 16:06
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
-
Bu gün, 13:18
3 ayda “AFB Bank”dan 37 milyon manatdan çox depozit geri çəkilib - NƏ BAŞ VERİR?
-
Bu gün, 13:12
Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!
-
Bu gün, 10:25
Bazarlar od tutub yanır: Alan da narazıdır, satan da… - REPORTAJ
-
Bu gün, 10:21
Bahar Muradovanın sədri olduğu dövlət komitəsi “TRAVEL” şirkətinə 200 min AZN köçürə bilər
-
Bu gün, 10:20
Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ - Tovuzda OLAY
-
Bu gün, 10:15
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
-
Bu gün, 10:09
Ən çox sərvəti olan ölkə rəhbərləri – TOP-10
-
Bu gün, 10:02
Məmurlar övladlarını bu məktəbə yollayarmı? - NARAZILIQ
-
Bu gün, 10:01
"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ
-
Bu gün, 09:58
Dörd ölkədə “xarici agent” ovu – Azərbaycan iki cəbhədə çalışır
-
Bu gün, 09:54
"3 il müharibədə can qoymuşam, amma..." - GƏNCƏ SAKİNİ 30 İLDİR VETERAN STATUSU ALA BİLMİR / VİDEO
-
Bu gün, 09:49
“Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT
-
Bu gün, 09:14
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - xəstəxana 20 min cərimələndi
-
Bu gün, 09:14
Adını dəyişən şirkət qanunsuz əməllərindən YENƏ DƏ ƏL ÇƏKMİR - "Nə iş düzəldirlər, nə də ödənişi geri qaytarırlar"
-
Bu gün, 09:14
Neft Fondu 2 milyard dolları hansı şirkətlərə yatırıb? – Dünyanın ən varlı adamları ilə işbirliyi qurulub
-
Bu gün, 08:42
"Oba market" MMC-yə inzibati protokol yazılıb
-
Bu gün, 08:41
“Hakim deyib ki, onu təhqir etmisən, o da səni vurub da” - ŞİKAYƏT
-
Dünən, 22:21
Protokol: "Unibank" icra məmurunun tələblərini yerinə yetirməyib - Cərimələnir
{sape_links}{sape_article}