Tərtər Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib - FOTO
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon
icra hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə
həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi
uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçıları birlikdə Ümummilli Lidert Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr edilmiş filmi izlədikdən sonra “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının
qurucusudur” mövzusunda çıxış etmək üçün söz YAP rayon təşkilatının sədri Eldar
Əsədova verilib. O, Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurucusu olduğunu
qeyd edərək, bildirib ki, xalqın Ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda
siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə
götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona
göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində
təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə
hakimiyyətə gəlməsinə şərait yaratdı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı
tarixində də yeni bir mərhələnin əsasını qoydu.
Sonra rayon polis şöbəsinin rəisi Elçin Qasımov “Heydər Əliyev və Azərbaycan polisi”,
Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev “Ümummilli lider Heydər Əliyev və
Azərbaycan təhsili”, Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və
bərpası üzrə dövlət xidmətinin Tərtər rayonu üzrə baş mütəxəsisi Kəmalə Abbaszadə
“Heydər Əliyev və mədəni irsimiz”, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli
nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov “Heydər Əliyev və İslami
dəyərlər” barədə çıxış ediblər.
Konfransı yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov
“Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış edib. Bildirib ki,
Ümummilli Lider işlədiyi dövr ərzində Azərbaycanı bölünmə, parçalanma, müstəqilliyini
itirməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib, Azərbaycanı uğurlu neft
strategiyası, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qısa bir zamanda böyük
inkişaf yoluna çıxarıb, ölkəsinin imzasını imzalar içində tanıdıb.
Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, Ana dilimizin dövlət dili kimi
tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti
kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.
İcra başçısı Ulu Öndərin hakimiyyəti illərində rayonumuza göstərilən diqqət və qayğıdan
da söhbət açıb.
Tarix: 9-05-2024, 10:36
-
Bu gün, 10:29
Təhsil İdarəsinə yazılan protokola baxılacaq tarix açıqlandı
-
Bu gün, 10:19
Milyonlar xaricə axır: BİZ İSƏ SEYR EDİRİK... - AXI NİYƏ?
-
Bu gün, 10:17
Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
-
Bu gün, 09:01
"Zeytun Pharmaceuticals" valyuta vəsaitini xaricdən geri qaytarmayıb - Protokol yazıldı
-
Bu gün, 08:15
Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Nazirlikdən açıqlama
-
Bu gün, 08:12
Helikopter qəzasında ölənlərin adları açıqlandı - FOTO
-
Dünən, 23:08
Tiflisdə aksiyaçılar Rusiya bayrağını yandırdı
-
Dünən, 23:01
Əmlakına qəsd edilən, torpağı zəbt edilən vətəndaş İnam Kərimovdan ədalət istəyir
-
Dünən, 22:49
Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
-
Dünən, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Dünən, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Dünən, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Dünən, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Dünən, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Dünən, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Dünən, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Dünən, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
18-05-2024, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
18-05-2024, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
18-05-2024, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
18-05-2024, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
18-05-2024, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
18-05-2024, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
18-05-2024, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
18-05-2024, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
18-05-2024, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
18-05-2024, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
18-05-2024, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
18-05-2024, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
18-05-2024, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
{sape_links}{sape_article}