Ağdamda mal-qara oğruları tutuldu

Ağdamda mal-qara oğruları tutuldu Ağdam rayonunda mal-qara oğruları ələ kecib.

"Report" xəbər verir ki, rayonun Sarıcalı kəndində iki baş heyvan oğurlayan iki şəxs saxlanılıb.

Onlar oğurluqla əldə etdikləri pulları öz aralarında bölərək telefon və paltar alıblar.


Ağdam Rayon Polis Şöbəsinin müstəntiqi Bəhrəm Təhməzovun sözlərinə görə, polisin kecirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də dəfələrlə məhkum olunmuş Fəxri Mustafayev və Aydın Zamanov istintaqa cəlb edilib.

Məlum olub ki, F.Mustafayev və A.Zamanov iribuynuzlu heyvanları oğurlayaraq Ağcabədi rayonu ərazisində satıblar. Saxlanılan şəxslər istintaqa ifadələrində əməllərini etiraf ediblər. Onlar ilkin ifadələrində bildiriblər ki, məqsədləri bu yolla gəlir əldə etmək olub.

Ağdam polisi dəstənin başqa oğurluq hadisələrində əlinin ola biləcəyini də istisna etmir. Bununla bağlı araşdırmalar davam edir.

Faktla bağlı cinayət işi açılıb.

◀▶
Tarix: 13-01-2017, 07:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}