Xəstəxanada 14 yaşlı qız qripdən vəfat etdi - Qarşılıqlı ittihamlar

Xəstəxanada 14 yaşlı qız qripdən vəfat etdi - Qarşılıqlı ittihamlar Bakının Binəqədi qəsəbəsi, Gülüstan küçəsinin sakini, 11 yaşlı Mədinə Əsədova ad-soyadlı qız dünyasını dəyişib. Ölümün səbəbini valideynlər həkimlərdə, həkimlər isə valideyn səhlənkarlığında görürlər.

Teleqraf.com "Hürriyyət" saytına istinadla xəbər verir ki, qızın qripin fəsadından vəfat etdiyi bildirilir.


Mədinə Əsədova Binəqədi rayonu 143 saylı orta məktəbdə təhsil alırmış. Məlumata görə, valideynləri övladlarının həkim səhlənkarlığı üzündən dünyasını dəyişdiyini bildiriblər. Mədinənin anası deyib ki, həkim hansı iynəni vurubsa, uşağın başı anasının sinəsinə düşüb və o, keçinib.

Məsələ ilə əlaqədar Binəqədi rayonu 20 saylı uşaq poliklinikasına zəng etdik. Poliklinikadan dedilər ki, orada bu ad-soyadda qeydiyyatdan keçən olmayıb, həmin uşaq 11 saylı poliklinikada qeydiyyatdadır.

11 saylı poliklinikanın baş həkimi Məlahət İbrahimova dedi ki, hadisədən xəbərdardır, uşaq valideyn səhlənkarlığından vəfat edib: “Həkimlərimiz vasitəsilə araşdırdım. Mənə belə məlumat verildi ki, uşağın hərarəti yüksək olub, atası bir neçə dərman verib ki, qızdırmanı salsınlar, uşağın hərarəti 34-ə enib. O, komaya düşüb. Çox güman ki, dərmandan zəhərlənmə olub. Onu Məlikov adına xəstəxanaya gətiriblər, orada ilk yardım olunub, sonra Qarayev adına xəstəxanaya aparılıb, artıq gecikib, xilas etmək mümkün olmayıb. Yəqin ki, vaxtında həkimə çatdırılsaydı, belə faciəli nəticə də olmazdı”.

Baş həkimin dediyinə görə, indi qrip epidemiya şəklində deyil: “Bizdə hər səhər məktəblərdəhərarəti olan şagirdlər, eləcə də poliklinikaya gələn qızdırmalı uşaqlar qeydə alınır. Filtr jurnalı var, orada bu qeydiyyat aparılır. Məsələn, bu gün bizim sahənin ərazisinə aid olan məktəblərdən yalnız birində qızdırmalı uşaq qeydə alınıb. Amma ümumiyyətlə, 143 saylı məktəb bizim poliklinikanın nəzarətində deyil.

Bu uşaq da ötən ilin dekabrında bizim poliklinikaya qeydiyyata düşüb. Rusiyada yaşayıblar, səhv eləmirəmsə, ötən il Azərbaycana gəliblər”.

Ə.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası bildiriblər ki, Mədinə Əsədova xəstəxanada yanvarın 10-da qeydiyyatda olub. Ölüm hadisəsi təsdiqlənsə də, baş həkimlə əlaqə saxlamaq alınmayıb.
Tarix: 13-01-2017, 22:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}