Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub

Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub.

Öldürülən H.Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.

Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H.Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H.Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib. (APA)

* * *17:38

Bərdə rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Tarix: 14-01-2017, 19:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}