Şəmkirdə evə basqın - Hədələyib barmağındakı üzüyü aldılar

Şəmkirdə evə basqın - Hədələyib barmağındakı üzüyü aldılar Şəmkir rayonunda evə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon sakini Ziyafət Ağayevanın evinə girib onu bıçaqla hədələyərək qızıl üzüyünü alan Qaracəmirli kənd sakinləri Şəhriyar Quliyev və Tehran Həsənov tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə daha bir evdən pul oğurlamaları, habelə Ş.Quliyevin həmkəndliləri Natiq Nağıyevlə birgə Azər Vəliyevin evindən və Zaur Həsənovla birgə Sübhan İbrahimovun evindən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

N.Nağıyevin və Z.Həsənovun tutulması üçün tədbirlər görülür.
Tarix: 16-01-2017, 14:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}