Həkim arvadını yandıran polis ''odnaklasnik'' şəkilinə görə işdən çıxarlbmış... - QARDAŞI İSƏ MÜSTƏNTİQDİR

Həkim arvadını yandıran polis ''odnaklasnik'' şəkilinə görə işdən çıxarlbmış... - QARDAŞI İSƏ MÜSTƏNTİQDİR Həkim arvadını öldürərək yandıran sabiq polis əməkdaşı Samir Əliyev bir neçə gün sonra məhkəmə qarşısına çıxarılır. Onun cinayət işinin ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Təxminən iki il əvvəl böyük rezonansa səbəb olan qətli törətməkdə şübhəli bilinən S.Əliyevlə bağlı Criminal.az- saytına maraqlı məlumat daxil olub.

Bakıda öldürülüb yandırılan həkim-ginekoloqun polis əri məhkəmədə özünə od vurdu

Məlumat üçün bildirək ki, S.Əliyev keçmiş arvadı Natəvan Əliyevanı öldürüb. N.Əliyevanın yanmış meyidi 2015-ci il iyulun 6-da saat 01.30 radələrində Bakı - Quba yolunda tapılıb. İyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən 34 yaşlı Natəvan Əliyevanın qətlində keçmiş əri şübhəli bilinirdi. Onu əri Xətai rayonundakı evində öldürərək Bakı-Quba yoluna gətirirb və orada meyidə od vurub.

Həkim arvadının öldürülüb yandırılmasında suçlanan polis zabitinin müraciəti...

N.Əliyeva Bakıda 2 saylı Doğum Evində həkim-ginekoloq işləyib. S.Əliyev onun bibisi oğlu olub. Onlar 2013-cü ilə boşanıblar və evlilikdən 3 uşaqları olub. Meyidin aşkarlanmasına gəlincə, onun yanmış cəsədi təsadüf nəticəsində tapılıb. Yoldan keçən maşınlardan biri xarab olub. Sürücü qardaşına zəng edib məlumat verib və maşını yolda ataraq gedib. Sürücünün qardaşı isə həmin əraziyə gəlib. Maşında qardaşını görməyib, sonra isə maşının yaxınlığında yanmış meyit görüb. Xarici əlamətlərinə görə kişi cəsədini xayırladan meyidin qardaşı olduğunu zənn edib. Sonradan isə onun Xətai polisi tərəfindən itkin kimi axtarışda olan N.Əliyeva olduğu üzə çıxıb.

S.Əliyevə gəlincə, o əvvəllər polis işləyib. Qaradağ rayon Polis İdarəsində işləyən zaman qəlyan çəkən yerdə şəkilini ''odnaklasnik'' sosial şəbəkəsində paylaşdığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən polis söralarından xaric edilib. Daha sonra yenidən bərpa olunub və Şabran rayon Polis Şöbəsində cinayət-axtarış bplməsində işə başlayıb. Ancaq sonra yenbidən polisdən çıxarılıb.

Lakin onun qardaşı hazırda polis zabitidir. Əvvəllər Nizami rayon Polis İdarəsində müstəntiq işləyən Ramil Əliyev hazırda Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqidir.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinir. Onun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində yanvarın 19-da keçiriləcək. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Hüquqşünas Müzəffər Baxış Crminal.az-a bildirdi ki, Azərbaycan qanunvericiliyində ailə üzünün cinayətinə görə heç kim məsuliyyət daşımır. Qanundan belə bir məhdudiyyət yoxdur.

Criminal.az
Tarix: 16-01-2017, 17:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}