Bu şəxs azərbaycanlı qadınları Türkiyəyə aparıb…

Bu şəxs azərbaycanlı qadınları Türkiyəyə aparıb… Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymuş Balakən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Millətinsəsi.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Balakən rayon sakini Niyar Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

O, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.
Tarix: 16-01-2017, 23:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}