Üç rayonda əməliyyat: 12 kilodan çox narkotik müsadirə edildi

Üç rayonda əməliyyat: 12 kilodan çox narkotik müsadirə edildi Bakının Suraxanı rayonunda narkotik satıcılarına qarşı əməliyyat keçirilib. Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbə sakini Azər Quliyev həbs edilib.


Azər Quliyevdən 0,155 qram, evinə baxış zamanı isə 402,163 qram heroin aşkar edilərək götürülüb.

Daha bir əməliyyat Abşeron rayonunda keçirilib. Abşeron rayon Polis İdarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kənd sakini Əli Ələsgərovdan 8 kiloqram 361 qram marixuana götürülüb.

Oxşar əməliyyat Balakən rayonunda da keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazma kənd sakinləri Şümeysət Əliyevanın və qızı İlahənin yaşadıqları evə baxış zamanı 3 kiloqram 446,27 qram marixuana aşkar edilib.

Həmin narkotik vasitəni gələcəkdə satmaq məqsədi ilə onlara verən Mahamalar kənd sakini Kamran Babayev müəyyən edilərək tutulub.

Onun evinə baxış zamanı 46,93 qram marixuana da aşkar edilərək götürülüb.
Siam.az
Tarix: 21-01-2017, 08:34
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}