Bakıda məşhur bazar yanır — VİDEO + FOTO

Bakıda məşhur bazar yanır — VİDEO + FOTO “Təzə bazar” yanır

Bakıda məşhur bazarlardan birində güclü yanğın baş verib.


Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Təzə Bazar”da yanğın baş verib.

Fövqəladə Hallar nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, bu barədə onlara məlumat daxil olub. Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Bildirilib ki, birinci çağırışla hadisə yerinə 3 maşın və canlı qüvvə cəlb olunub.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansıyasından bildirdilər ki, hadisə yerinə həkim briqadası da gedib. Hələlik xəsarət alanlar barədə heç bir məlumat yoxdur.(Ölkə.Az)
Tarix: 4-04-2017, 06:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}