Dünən gecə yanan “Təzə bazar” kül oldu-Bazar yiyəsinin bacısı olan bu xala jurnalistləri döydü

Dünən gecə yanan “Təzə bazar” kül oldu-Bazar yiyəsinin bacısı olan bu xala jurnalistləri döydü Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da güclü yanğın hadisəsi baş verib.

BiG.AZ-ın hadisə yerində olan xüsusi müxbiri bildirir ki, ötən gün od tutub, yanan bazarın görüntüləri görənləri dəhşətə gətirib. Belə ki, bazarın üst hissəsi demək olar ki, tamamilə yanıb külə dönüb. Məhsulları yanan, nəticədə olduqca böyük məbləğdə ziyana düşən sahibkarlar isə aqressivlik nümayiş etidirb. Jurnalistləri çəkiliş meydanından qovan sahibkarlar müsahibə verməkdən də imtina edib.


Özünü “Təzə bazar” sahibinin bacısı kimi qələmə verən qadın olduqca aqressivliyi ilə seçilib. O, jurnalistlərə əl qaldıraraq, onlardan məkanı tərk etməyi tələb edib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Tarix: 4-04-2017, 13:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}