Bakıda sevgilisindən ayrılan qız polis bölməsinin qarşısında qollarını doğradı

Bakıda sevgilisindən ayrılan qız polis bölməsinin qarşısında qollarını doğradı Bakıda polis bölməsinin qarşısında intihara cəhd olub.

Siam.az apa-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə ötən gün 12-ci Polis Bölməsinin qarşısında qeydə alınıb. Sevgilisindən ayrılan 25 yaşlı Aygün Mirəhməd qızı Cabbarova polis bölməsinin qarşısında qollarını doğrayıb. A. Cabbarova dərhal xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, A. Cabbarova ruhi əsəb xəstəxanasında qeydiyyatdadır.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Tarix: 4-04-2017, 13:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}