Dortmundda partlayış, “Borussiya” – “Monako” matçı təxirə salındı

Dortmundda partlayış, “Borussiya” – “Monako” matçı təxirə salındı Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb.

24saat.org-un Apasport.az-a istinadən məlumatına görə, buna səbəb alman klubunun avtobusunun dayandığı yerin yaxınlığında bomba partlamasıdır.



Yerli hüquq-mühafizə orqanları insidenti təsdiqləyiblər.

“BBC”nin məlumatına əsasən, hadisə zamanı “Borussiya”nın müdafiəçisi Mark Bartra xəsarət alıb. İspan futbolçu artıq xəstəxanaya aparılıb.

Artıq klubdan bununla bağlı rəsmi açıqlama da verilib:

“Futbolçular təhlükəsiz ərazidədirlər. Xahiş edirik sakitliyinizi qoruyasınız. Hazırda stadionda təhlükəsizlik xidmətinin əməkdaşları var. Daha sonra əlavə məlumatlar veriləcək”.

Matç təxirə salınıb və sabah saat 20:45-da oynanılacaq.
Tarix: 11-04-2017, 23:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}