İcra hakimiyyətinin işçisi taksilərə qənim kəsilib: "Jurnalisti görən kimi qaçdı" (Yenilənib)(VİDEO)

İcra hakimiyyətinin işçisi taksilərə qənim kəsilib: "Jurnalisti görən kimi qaçdı" (Yenilənib)(VİDEO) 13:44
Bakının "3-cü mikrarayon dairəsi"ndə dayanan taksi sürücüləri etiraz edib.

Unikal.org-un ərazidə çəkiliş aparan əməkdaşının verdiyi məlumata görə, özünü Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən şəxs taksi sürücülərini ərazidən qovur. Taksi sürücüləri isə buna etiraz edirlər.

***

16:45
Nəsimi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərvanə Kazımzadə Unikal.org-a bildirilib ki, videodakı şəxs onların işçisi deyil: "İcra hakimiyyətində yol, nəqliyyat, taksi sürücüləri ilə bağlı hər hansı bir qurum yoxdur. Həmin şəxs bizim əməkdaşımız deyil".

Ətraflı aşağıdakı videodan izləyin:
Tarix: 15-05-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}