Ər həyat yoldaşını amansızlıqla qətlə yetirdi - Baldız da qatil oldu...

Ər həyat yoldaşını amansızlıqla qətlə yetirdi - Baldız da qatil oldu...

Moderator.az-a Yevlaxdakı mənbələrimizdən dəhşət dolu məlumat daxil olub.

Bildirilir ki, iki gün öncə 1975-ci ildə anadan olmuş Kəlbəcər rayon sakini Kazımova Mehparə Ələkbər qızı münaqişə zəminində həyat yoldaşı Əmrahov Osman Vahid oğlu və baldızı Əmrahova Solmaz Vahid qızı tərəfindən amansızlıqla qətlə yetirilib.


İşin dəhşətli tərəfi budur ki, ananı 12 yaşlı oğlunun - Əmrahlı Vahid Osman oğlunun gözləri önündə işgəncə verməklə qətlə yetiriblər.

Mərhumun yaxınları iddia edir ki, adıçəkilən şəxslər tərəfindən hər zaman Mehparə Kazımovaya qarşı amansız davranış sərgilənib və sonuncu belə işgəncə ölümlə nəticələnib. Zərərçəkmişlər bütün bunlara baxmayaraq Yevlax rayon prokurorluğunun günahkarlar barəsində həbs qətimkan tədbiri seçməməsindən narazılıqlarını bildiriblər.

Qeyd edək ki, xəbəri gecə saatlarında aldığımızdan Baş Prokuroprluqdan faktla bağlı əlavə məlumat ala bilmədik. Sabah bununla bağlı oxucularımıza əlavə informasiya verməyə çalışacağıq.
Tarix: 16-05-2017, 07:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}