Kərəm Həsənovun qohumundan jest: Biabırçı səhvlər, rüsvayçı təhdid... - Şok təfsilat

Kərəm Həsənovun qohumundan jest: Biabırçı səhvlər, rüsvayçı təhdid... - Şok təfsilat Mayın 8-də Ulus.Az “Kərəm Həsənovun dayısı başçı gedir” başlıqlı xəbər yaymışdı. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabad rayon Kənd Təsərüfat idarəsinin rəhbəri işləyən dayısı Rahib Kərimovun elə həmin rayona icra hakimi gedəcəyi iddia olunurdu.

Bacıoğlu-dayı hər ikisinin vəzifəli şəxs və ictimai əhəmiyyət kəsb edən məmurlar olduğunu nəzərə alaraq məlumat maraq doğurduğu üçün saytda tirajlanıb.

Lakin R.Kərimov bu iddialara sayta açıqlama verərək münasibət bildirmək yerinə hansısa saytların bir-ikisində cavab yazdırıb.

İdarə rəisi çox savadsız və qeyri-peşəkar şəkildə yazılmış bir məqalə ilə çıxış edib. Yazıda kifayət qədər biabırçı səhvlər var.

Sitat: “Kərəm Həsənov haqqında demek, yazmağ yerinə düşər. bu insan komitəyə sədr təyin olunduğdan sonra əmlak komitəsində çox şey dəyişdi”.

Bir cümlədən neçə səhvin olduğunu görmək üçün lupaya ya da eynəyə, filoloq olmağa ehtiyac yoxdur. Hətta bisavad bir bazar adamı da əlinə qələm ya klaviatura alsa, bu rüsvayçı səhvlərə yol verməz.

Halbuki, R.Kərimov yazını özünə jurnalist deyən bir kəsə yazdırıb. Maraqlıdır, onun jurnalistlərlə nə kimi əlaqəsi var ki, haqqında gedən yazıya görə açıqlama vermək yerinə ünvanında təriflər yazdırır?!

Ulus.Az xəbər verir ki, icra başısı postuna getmək arzusu heç də pis bir niyyət deyil. Əgər komitə sədrinin dayısının belə bir planı yoxdursa, onu təkzib etmək hüququ var.

Ancaq “cenub.tv”, “regionaz.tv” saytlarında K.Həsənovun və özünün fəaliyyətini təqdir etdirməyə gərək yox idi.

Müəllifin isə savadsız cümlələrindən daha birinə nəzər yetirək: “Sənədsiz torpağların Kərəm müəllimin göstərişinə uyğun olaraq, çıxarışla təmin olunması.
Kərəm müəllimin göstərişinə uyğun olarağ, heç bir bölgədə o cümlədən Paytaxt Bakıda sənədləşməyə rüşvət alınmır, yalnız köçürmə ödənilir (dövlət rüsumu). Bütün bunları görməzdən gələn bir qurup şəxslər sifarişlə Bərdə rayonunda yaşayan varlığın itirmiş, “Politika.az” saytının rəhbəri, və “Ulus.az” saytının rəhbəri kimi özünü təqdim edən Xəyyam adlı şəxs yanlış məlumatlar ötürərək, Cəliləbad rayon Kənd Təsərrüfat İdarəsinin rəhbəri olan Rahib Kərimovu komitə sədrinin daysı olduğu üçün, şantaj etməyi, olmayan şər-böhtan xarkterli sözlərlə Ölkə Başcısının və Kənd Təsərrüfat Nazirinin yanında hörmətdən salmaq istəyir. Bütün bu deyilənlərə aydınlığ gətirmək üçün Xəyyam bəyə bir neçə sual vermək istərdim:”

Yeddi yüz işarəlik bir cümlənin nöqtə və vergülünü düzgün qoya bilməyən, cümlələrin mübtəda-xəbəri yerində olmayan, baş-ayağı bilinməyən bu sətirlərdəki savadsızlıq göz deşir.

Üstəlik, Ulus.Az-ın fəaliyyətini dayandırmış Politika.Az-ın baş redaktoru Xəyyam Salmanzadə ilə bağlılığı yoxdur. Buna da bir “quş”.

Ulus.Az xəbər verir ki, müəllif daha sonra suallar verir: “1. Siz əgər həqiqətləri yazırsızsa, nə üçün rəhbərlik etdiyiniz “Politika.az” -sayının ləğv olunmasının qarşısını ala bilmədiniz?
2. Siz nədən bildiniz ki, Rahib Kərimov rayonun aqrar sektorunu məhv edib?
3. Sifarişli şər-böhtan xarakterili yazıları öz səhifəndə yazarkən, fikirləşmədinmi jurnalistika qanunlarına zidd hərəkət edirsən?
4. Xəyyam bəy! Yazmısız ki, Rahib müəllim Cəlilabad rayonuna icra başcısı gəlir. Bu işlər birbaşa Cənab Prezident İlham Əliyeva aid olduğu halda, sizə kim səlahiyyət verib ki, Cənab Prezidentin adından danşırsınız. Unutma ki, kimin hansı rayona icra başcısı təyin olunmasına cənab Prezidentimiz qərar verir.

Qaldı ki, Rahib müəllimə: Cəliləbad rayonunda olan hörmətinə bu insan həddən artığ sadə xalqın, millətini, vətənini sevən, işinin öhdəsindən gəlməyi bacaran, təmənnasız bir insandır. Xəyyam müəllim! Kiminsə haqqında sifarişli yazılar yazmağdansa, həqiqəti araşdırıb, yazmağ daha yaxşıdır. Əks halda qanun qarşısnda cavab verməli olacağsınız”.

Baxın, hədə, təhdid, böhtan, nifrət, aqressiya püskürür bu yazı. Bir məmur barəsində heç bir aşağılayıcı fikir olmadan gedən bir xəbərə görə R.Kərimov nələr yazdırır?!

Təkrar olaraq qeyd etməyə zərurət yaranır ki, həm komitənin mətbuat xidməti, həm idarənin rəisi və ya köməkçisi iddialara münasibət bildirə bilərdi. Ancaq qanun qarşısında cavab vermək üçün gərək qanunsuzluğa yol verəsən.

Bu halda kənd təsərrüfatı naziri Heydər Əsədov Cəlilabaddakı idarənin fəaliyyətinin nədən ibarət olduğuna tapşırıq versin və araşdırma aparılsın. Onda hansı qanuni fəaliyyət göstərildiyi aydınlaşacaq.

Medianın işi xəbər əldə etmək və yaymaqdır. Əgər informasiyada yanlışlıq varsa, qarşı tərəfin mövqeyini bildirib düzəliş etdirmək haqqı var.

Media orqanı qarşı tərəfə cavab haqqı tanımırsa, onda sayt məhkəməyə verilə bilər. Bundan bixəbər olan həmin müəllif və onu yazıdran R.Kərimov təhdid üslubunda hücuma keçib.

Yaşar NURİYEV


Ulus.Az
Tarix: 16-05-2017, 22:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}