Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb

Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşərək xəsarət alıb Bərdə rayonunda sərxoş sürücü qəza törədib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Siam.az
Tarix: 26-05-2017, 14:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}