Bir erməni bir türk millətçisini həbs etdirdi – Özü də Türkiyədə

Bir erməni bir türk millətçisini həbs etdirdi – Özü də Türkiyədə Türkiyənin Qars vilayətində türk millətçi gənclərinin təşkilatı olan Ülkü ocaqlarının başqanı Tolga Adıgüzel həbs olunub.

Ovqat.com-un “RAKİB”-dən aldığı məlumata görə, fikirləriylə ermənilərin qəzəbinə gələn başqan 7 ay 15 gün azadlıqdan məhrum olunub.

Onu ermənilərin əleyhinə səsləndirdiyi fikrə görə həbs ediblər. Belə ki, Tolga Adıgüzel çıxışlarının birində “Qarsda erməni ovuna başlamaq lazımdır” deyib. Bu sözlər əsas gətirən TBMM-nin erməni əsilli deputatı Garo Paylan ülküçü barədə məhkəməyə şikayət edib.

Məhkəmə HDP-dən seçilən erməni deputatın şikayətini əsaslı hesab edib və türk millətçisinə azadlıqdan məhrumetməylə yanaşı, 11240 lirə pul cəzası kəsib.
Tarix: 29-05-2017, 17:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}