Jurnalist Əfqan Muxtarlını döyüblər- yenilənib

Jurnalist Əfqan Muxtarlını döyüblər- yenilənib Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1(Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir. Muxtralı şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin binasında jurnalistlə görüşündən sonra vəkil Elçin Sadıqov jurnalistlərə bildirib.

"Muxtarlı ifadəsində bildirdi ki, dünən (mayın 29-da) saat 18 radələrində Tbilisi şəhərində yaşadığı evinin yaxınlığında zorla "Opel" markalı avtomobilə mindirilib. Mindirildikdən sonra əlləri arxadan bağlanılıb, onu döyüblər. Hazırda burnunda çapıq, sağ gözündə, alnının ortasında və sol gicgah nahiyyəsində qançır izləri var. Düşünür ki, sol tərəfdən qabırğasını qırıblar. Tbilisidən çıxandan sonra başına torba keçiriblər. Bildirib ki, ürəyi ağrıyır, nəfəs ala bilmir. Maykasını başına dolayıb skoçlayıblar (yapışqanlı kağız-red). Onu avtomobillə iki saatdan çox vaxtda çöllüyə gətiriblər və sonra avtomobili dəyişiblər. Axrıncı avtomobili idarə edənlər Azərbaycan dilində danışıblar. Onu avtomobildən düşürüblər və o gözünü açanda özünü Azərbaycanın sərhəd zastavasında görüb.

Cibinə 10 000 avro pul qoyulub. Əfqan Muxtarlı bildirib ki, o pulu heç zaman görməyib. Bununla bağlı ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırdım. Tibbi ekspertiza və sərhəd zastavasının ətrafını çəkən video kameraların lent yazısını tələb etdim. Hazırda şübhəli şəxs qismində tutulub və həbs qətimkan tədbirinə sabah baxılacaq", vəkil qeyd edib.

O jurnalistlərin suallarının cavabında deyib ki, Əfqan Muxtarlı onu saxlayan şəxslərin daha çox dövlət orqanlarının işçilərinə bənzəydiyini bildirib.

"Əfqan dedi ki, həmin şəxslər özlərini təqdim etmədilər. Gürcüstanın təhlükəsizlik orqanınnı işçilərinə bənzəyirdilər".

Vəkil hesab edir ki, jurnalistin saxlanılması qanunsuzdur və hər iki dövlətin (Gürcüstan və Azərbaycan) sərhədinin pozulmasıdır.

Vəkilin sözlərinə görə, Muxtarlı su ilə təmin edilib.

"Dostları yemek göndərmişdi, onu verdim. Dərnmanları veriləcək. Hazrda 37-ci polis bölməsinin müvəqəti saxlama yerinə aparırlar. Sabah Səbael rayon Məhkəməsi bu işə baxacaq", Sadıqov qeyd edib.

Jurnalist həbsinin səbəbini yazıları və facebookdakı tənqidi statusları izah edib.

***

Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.

Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.
Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

***

Dunən axşam saatlarından, Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı ilə əlaqə yaratmaq mümkün olmayıb. Bu barədə Daşqın Ağalarlı öz facebook səhifəsində məlumat paylaşıb:

“Dostlar, Efqan Muxtarli yoxa cixib. Dunən axsamüstu 19.10 da ayrilmisiq və o cörək alib evə getdi. Leyla xanim (həyat yoldaşi) gecikməyindən narahat olmayib, fikirləsib ki,yəqin dostlarladir. Bütün gecəni gelib cixmayib. Səhər tezdən həyacan təbili çaldiq, polisə rəsmən muraciət etdik, agla gələn və gəlməyən hər yerə və hər kəsə telefon acdıq… Heç harda yoxdur.
Son aylarda, xüsusilə son iki həftədə bizlər çox six və yaxin təqib altinda yasayirıq. Əfqan bəy bu barədə en cox yazan və muraciət edən dostumuz idi. Bizə muxtəlif mənbələrdən ehtiyatlı olmaq xahiş edilmisdi. Gürcüstan qeyri hökumət təşkilatları və Ombudsman aparati məlumatli idi..
İndi aglimiza cox şey gəlir və bütün ehtimallarda Azərbaycan hakimiyyətindən şübhələnirik.
Əziz dostlar, maksimum səviyyədə məsələyə müdaxilə edin, bütün beynəlxalq qurumlari xəbərdar edin və mudaxiləyə səsləyin. Bu, çox qorxunc bir cinayətin tərkib hissəsi də ola bilər.”

Həyat yoldaşı Leyla Mustafayeva, Əfqan Muxtarlının başına gələcəklərə görə Azərbaycan və Gürcüstan hökumətinin məsuliyyət daşıyacağını söyləyir.
Tarix: 31-05-2017, 11:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}