QAN DONDURAN OLAY: 10 yaşlı uşaq "intihar etməyə gedirəm" yazıb, yoxa çıxdı

QAN DONDURAN OLAY: 10 yaşlı uşaq "intihar etməyə gedirəm" yazıb, yoxa çıxdı Virtualaz.org-a xəbər verir ki, ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.

Sayt yazır ki, xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” yazaraq yoxa çıxıb. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.


Saatlı da azyaşlı uşağın kanala düşdüyünü bildirmişdik.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində azyaşlı uşağın suya düşməsi barədə məlumat daxil olub.

Siam.az
Tarix: 4-06-2017, 02:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}