Xaçmaz rayonunda mağaza qarət olunub

Xaçmaz rayonunda mağaza qarət olunub “Şimal xəbərləri”nin əldə etdiyi məlumata görə, dünən gecə radələrində rayonun Köhnə Xudat kəndindəki Tamella Məmmədovanın işlədiyi mağaza qarət edilib. İnformasiyaya əsasən, oğruluq hadisəsini törədənlər mağazanın qıfılını sındıraraq içəridən xeyli ərzaq, təsərrüfat məhsulları və digər əşyalar aparıblar. Hadisə ilə bağlı Xudat polis bölməsi məlumatlandırılıb və axtarış tədbirləri həyata keçirilir.



Qeyd edək ki, sözügedən mağaza Bakı-Rostov yolunun lap kənarında yerləşir.



Siam.az
Tarix: 5-06-2017, 01:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}