Masazırda zora məruz qalan qadın çətinliklə polisə danışdı: ''Biri qapıda dayanmışdı, o biri isə mənə işgəncə verirdi''

Masazırda zora məruz qalan qadın çətinliklə polisə danışdı: ''Biri qapıda dayanmışdı, o biri isə mənə işgəncə verirdi'' Mayın 1-də gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Dürdanə Abbasovaya qarşı quldurluq cinayətinin törədilməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müəyyən edilib ki, 65 yaşlı qadının evinə girmiş 2 naməlum şəxs onun əl-qolunu bağlayıb qiymətli əşya və pul tələb edib, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək evdən 400 manat pul, "Nokia" markalı mobil telefon, zərərçəkmişin protez dişlərini, zinət əşyaları sandıqları bujiteriya əşyalarını ələ keçirərək aradan çıxıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata gör, aldığı xəsarətlərdən çətinliklə danışan qadın evə daxil olmuş 2 nəfərdən birinin qapıda dayandığını, digərinin isə ona işgəncə verdiyini bildirib. RPİ-nin Cinayət axtarışı şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin iştirakçılarından biri - Bakı şəhər sakini Elbrus Məmmədov müəyyən olunaraq şübhəli şəxs qismində tutulub.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə onun hadisəni Bakı şəhər sakini Heydər Əhmədovla birgə törətdiyi müəyyən edilib. H.Əhmədovun da istintaqa cəlb olunması üçün həyata keçirilən tədbirlər zamanı onun hadisədən bir neçə gün sonra paytaxtın Nəsimi rayonu ərazisində törətdiyi telefon oğurluğuna görə 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulması müəyyən edilib.

Qeyd edək ki, hər iki şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunublar. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən həmin şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Abşeron RPİ-yə müraciət edə bilərlər.

Criminal.az
Tarix: 8-06-2017, 00:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}