Gürcüstanlı masajçı Bakıda kimləri öz toruna salıb..? - İDDİA

Gürcüstanlı masajçı Bakıda kimləri öz toruna salıb..? - İDDİA “Qafqaz Hüquq Mərkəzi”nə müraciət edən və adının çəkilməsini hələlik istəməyən xanım bildirib ki, bir müddət əvvəl Gürcüstan vətəndaşı olan Sofiya Meladze massaj müalicəsi biznesi ilə məşğul olmaq barədə ona təklif edib. Və birgə biznes qurmaq üçün Sofiya Meladze ondan 4 min dollar pul alıb.

“Qafqaz Hüquq Mərkəzi”nin hüquqşünası ilə telefon danışığında Sofiya Meladze həqiqətən də həmin xanımdan 4 min dollar pul aldığını etiraf edib.

Məsələ ilə “Qafqaz Hüquq Mərkəzi”ndən 365info.az saytına bildirilib ki, Sofiya Meladze hazırda “Medline Esthetic Center” klinikasında işləyir.

“Qafqaz Hüquq Mərkəzi”nin hüquqşünasının sözlərinə görə, telefonda özünü klinikanın adminstratoru kimi təqdim edən Sara adlı xanım ciddi-cəhdlə Sofiya Meladzeni müdafiə edərək az qala hüquqşünası ittiham etməyə çalışıb.

“Biz “Qafqaz Hüquq Mərkəzi” olaraq məsələnin hüquq müstəvisindən həll olunmasının tərəfdarıyıq”.

365info.az saytına daxil olan məlumata görə, Sofiya Meladze təkcə “Qafqaz Hüquq Mərkəzi”nə müraciət edən xanımı deyil, digər şəxsləri də öz “massaj biznesinin” qurbanına çevirib.

Ona görə də məlumatlı olun ki, bu “masaj biznesinin” toruna düşməyin.
Tarix: 8-06-2017, 10:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}