Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

Ana iki övladı ilə birgə özünü qatarın altına atdı Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Tarix: 26-07-2017, 06:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}