Dəhşətli qətlin izi ilə: Xəstəxana yaralı bacı-qardaşı niyə gizlədir? - REPORTAJ

Dəhşətli qətlin izi ilə: Xəstəxana yaralı bacı-qardaşı niyə gizlədir? - REPORTAJ İyulun 24-də Bərdənin Hacallı kəndində baş verən dəhşətli hadisə bütün ölkənin gündəmini zəbt edib.

Cebhe.info xəbər verir ki, kənd sakini 1968-ci il təvəllüdlü Saday Əliyev gecəyarı yuxuda olan 1973-cü il təvəllüdlü həyat yoldaşı Gülbəniz Əliyevanı və iki uşağı – 14 yaşlı oğlu Muradla 18 yaşlı qızı Məleykənin başına “kuvald”la zərbə endirib, daha sonra özünü asaraq öldürüb.


S.Əliyevin zərbəsindən sonra həyat yoldaşı G.Əliyeva yerindəcə keçinib. Uşaqlar isə ağır xəsarətlərlə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın baş həkimi Rəna Mustafayevanın əməkdaşımıza verdiyi məlumata görə, Murad və Məleykə Əliyevlər xəstəxanaya gecə saatlarında gətirilib:

“Uşaqlar xəstəxanaya ağır vəziyyətdə, açıq beyin travması ilə çatdırıldılar. İkisi də komada, huşsuz vəziyyətdə idilər. Oğlanın vəziyyəti qızınkından daha ağır idi. Bütün reanimasyon tədbirlər görüldü. Onlar bizim xəstəxanada təxminən 1, ya da 1,5 saat ancaq qaldılar. Daha sonra Saday Əliyevin qohumları tərəfindən Gəncə Mərkəzi Klinik Xəstəxanasına aparıldılar. Deyilənə görə, Gəncə xəstəxanasına çatdırılan uşaqların ikisi də əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra isə Murad Əliyev səhhətinin ağır olmasından dolayı paytaxta aparılaraq Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib”.
Dəhşətli qətlin izi ilə: Xəstəxana yaralı bacı-qardaşı niyə gizlədir? - REPORTAJ


Yaralıların izi ilə...

M.Əliyevin səhhəti ilə yaxından maraqlanmaq məqsədilə, Cebhe.info və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin əməkdaşları ilə Respublika Klinik Xəstəxanasına yollandı.

Xeyli araşdırmadan sonra xəstəxanadan bizə bildirdilər ki, onlara Murad Əliyev ad-soyadda xəstə daxil olmayıb. Xəstəxananın işçisi bildirdi ki, ola bilsin Murad Əliyev Mərkəzi Klinikaya yerləşdirilib. Biz də yollandıq Mərkəzi Klinikaya. Burada da cəhdlərimiz boşa çıxdı. Məlum oldu ki, Murad Əliyev Mərkəzi Klinikada da deyil.
Dəhşətli qətlin izi ilə: Xəstəxana yaralı bacı-qardaşı niyə gizlədir? - REPORTAJ


Bacı-qardaş əvvəl yoxa çıxdı, sonra...

Araşdırmamızı davam etdirən zaman məlum oldu ki, Murad və Məleykə Əliyevlər əslində, ilk yollandığımız Mərkəzi Klinik Xəstəxanadadır. Halbuki, xəstəxanada bunu hansısa səbəbə görə dandılar. Məleykə Əliyeva açıq kəllə-beyin travması, beyin əzilməsi ilə xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti çox ağırdır. M.Əliyevin vəziyyəti isə nisbətən ağırdır.

Olayın baş verməsinə gəlincə, Bərdə rayon Hacallı kənd sakinlərinin söylədiklərinə görə, bu dəhşətli olaydan hamı şoka düşüb:

“Saday xəstələnəndən sonra əsəbləri pozulmuşdu. Müalicə olunsa da heç bir təsiri olmayıb. Deyib ki, mən ölürəmsə, elə hamımız ölək. Valideynləri xəbərdarlıq etsə də, Saday heç kimi eşitməyib. Ailə üzvləri gecə yatandan sonra durub “kuvald”la hamısına zərbə endirib. Saday oğlu Murada “kuvald”la necə vurubsa, uşağın çənəsi qarnına dolub. Qızı Məleykəni də başından vurub. Elə dəhşətli mənzərə idi ki… Qızın beyninin içi görünürdü. Arvadının da başı əzilib, yastığa yapışmışdı. Kənddə hamı şokdadır. Saday da sonra özünü asıb öldürüb. Həkim Sadaya demişdi ki, səndə xərçəng xəstəliyi var. Xəstəlik onun əsəblərinə təsir edirdi, beynində “quruma” gedirdi. Sadayla arvadı Gülbəniz əmi uşaqları idilər. Sakit adam idi. Dələduzluq edən biri deyildi. İçki də içmirdi. Bədbəxtin yaxşı şəraiti də vardı”.

Qeyd edək ki, Saday Əliyev öldürdüyü arvadı ilə kənd qəbiristanlığında dəfn olunub.

Mövzunu davam etdirəcəyik.

Aytən
Tarix: 27-07-2017, 13:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}