Ermənistan ordusunun 41 yaşlı hərbçisi Azərbaycanla sərhəddə vuruldu

Ermənistan ordusunun 41 yaşlı hərbçisi Azərbaycanla sərhəddə vuruldu Ermənistan ordusunun Azərbaycanla sərhəd Tavuş vilayətinin Paravakar kəndi istiqamətində yerləşən mövqelərindən birində 41 yaşlı hərbçi Artur Mayranyan ağır yaralanıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçu ötən gün iyulun 28-də atışma zamanı Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə yaralanıb. Paravakar kəndinin başçısı Sargis Marqaryan deyib ki, hərbçinin vəziyyəti ağırdır və Berd xəstəxanasına aparılıb. Daha sonra onun vəziyyəti ağırlaşdığından İrəvana evakuasiya edilib. Onun əməliyyat olunacağı bildirilir. Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.
Tarix: 29-07-2017, 15:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}