“Bacımı itin yerinə bağlayıb, dirək əvəzi basdırıb” – Əri şəhid bacısını ölümcül döydü – VİDEO

“Bacımı itin yerinə bağlayıb, dirək əvəzi basdırıb” – Əri şəhid bacısını ölümcül döydü – VİDEO Goranboyda ər arvadına ağır xəsarət yetirib.

ARB TV xəbər verir ki, hadisə rayonun Xınalı kəndində baş verib.

Belə ki, kənd sakini, 41 yaşlı Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, qeyri-rəsmi nikahda yaşadığı 37 yaşlı Samirə Nabiyevanı xəstəxanalıq edib. Qadının səhər saatlarında şəhid qardaşının adına olan bulaqdan su gətirdiyi zaman onu küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib.


Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.

Yaxınlarının sözlərinə görə 3 övladı olan və qeyri-rəsmi nikahda yaşayan cütlük arasında tez-tez söhbətlər olurdu. Bu səbəbdən də 8 ay əvvəl qadın atası evinə köçüb.

Pərvanə Nəbiyeva (zərərçəkənin bacısı) : "1 il olar ki, ayrıdırlar. Bacımı itin yerinə bağlayıb, dirək əvəzinə "setka"ya basdırıb. Onun başına hər oyun açıb.

Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.

Qeyd edək ki, ailənin 3 övladı var.
Tarix: 10-08-2017, 21:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}