Ağdərə-Tərtər istiqamətində atışma: erməni podpolkovnik və kapitan yaralandı

Ağdərə-Tərtər istiqamətində atışma: erməni podpolkovnik və kapitan yaralandı Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi hissələrindən birində iki zabitin yaralanması ilə nəticələnən insident baş verib.

Virtualaz.org sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, təmas xəttinin Xocavənd istiqamətində yerləşən hərbi hissədə baş vermiş silahlı insident nəticəsində yaralananlar podpolkovnik və kapitan rütbəli zabitlərdir. Onlardan birinin kimliyi də göstərilir-Arsen Hovakimyan.
Ağdərə-Tərtər istiqamətində atışma: erməni podpolkovnik və kapitan yaralandı
Xocavənddə düşmən əsgərləri

Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədir və Azərbaycan tərəfini atəşkəsin pozulmasında ittiham etməyə çalışır. Xatırladaq ki, bundan əvvəl erməni qüvvələrinin Ağdərənin Matagiz qəsəbəsində yerləşən hərbi hissəsində zabitin iki əsgəri bərk döydüyü məlum olmuşdu. Ötən gün isə Ermənistan ordusunun kapitanı özünü güllələyib.
Tarix: 22-08-2017, 17:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}