“Kəmalə Nərmin” şadlıq sarayına polis niyə hücum edib?

“Kəmalə Nərmin” şadlıq sarayına polis niyə hücum edib? İslam Partiyası 7-ci mikrorayonda yerləşən “Kəmalə Nərmin” şadlıq sarayında özünün 25 illik yubileyini qeyd etmək istəyib. Bu münasibətlə çoxlu sayda qonaqlar, partiya sədrləri, müxtəlif təşkilat sədrləri dəvət olunub. Lakin tədbir başlamazdan öncə çoxlu sayda polis əməkdaşları şadlıq sarayını əhatəyə alaraq, tədbirin keçirilməsinə mane olub. Tədbir keçiriləcək zala daxil olmaq istəyən vətəndaşlara qarşı polis tərəfindən sərt müdaxilə olub. Tədbir təşkilatçıları daxil olmaqla, bütün dəvətlilər ərazidən uzaqlaşdırılıb.

Hurriyyet.org-un əməkdaşının əldə etdiyi məlumata görə, polisin bu amansız hücümu səbəbsiz olmayıb. Tədbirdə hakimiyyət əleyhinə hansısa bəyanat səsləncəyi haqda informasiya olduğundan polisə tədbirin qarşısının alınması haqda göstəriş verilib.

Maraqlıdır, söhbət hansı bəyanatdan gedir və hakimiyyət nə üçün bundan narahat olur? Hurriyyet.org-un əməkdaşı məsələylə bağlı araşdırma apararaq sensasion fakt ortaya çıxarıb.

İddia olunur ki, İslamçıların 25 illik yubiley toplantısında son vaxtlar Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə qarşı hücumlara etiraz olunması və onunla bağlı hansısa bəyanat səslənəcəyi gözlənilirmiş. Ona görə də bu haqda xüsusi xidmət orqanları məlumat əldə etdiyindən polisə tədbirin qarşısını almaq üçün göstəriş verib.
Tarix: 20-09-2017, 08:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}