Masallıda həbsdən təzə çıxan kişi öz evini yandırdı

Masallıda həbsdən təzə çıxan kişi öz evini yandırdı Masallıda 45 yaşlı kişi öz evini yandırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Elşən Abdullah oğlu Abdullayev özünə məxsus yaşayış evinə od vurub. Dərhal hadisə yerinə Masallı Yanğından Mühafizə Hissəsinin avtomaşınları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 80 kv.m hissəsi yanğından mühafizə olunub.

Məlumata görə, ev sahibi E.Abdullayev hadisəni ailə münaqişəsi zəminində qəsdən törədib. Onun ötən ay həbsdən azadlığa çıxdığı bildirilir.

Fakt araşdırılır.
Tarix: 24-09-2017, 07:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}