Gecə klubunun sahibəsini zorladılar- BAKIDA

Gecə klubunun sahibəsini zorladılar- BAKIDA Bakının mərkəzindəki gecə klubunun sahibəsi polisə ərizə yazaraq tanışının onu zorladığını və ondan hədə-qorxu yolu ilə pul aldığını bildirib.
Gununsesi.info qafqazinfo-ya xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Paytaxtın Manafov küçəsində yerləşən müəssisənin 1989-cu il təvəllüdlü sahibəsi S.O. Nizami rayon Polis İdarəsinin 22-ci bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, sentyabrın 24-də saat 04:00-da 1968-ci il təvəllüdlü tanışı Abdullayev onu bıçaqla hədələyərək onunla zorla cinsi əlaqədə olub. Sonra isə ondan hədə-qorxu yolu ilə pul tələb eləyib.
Lakin araşdırma aparılarkən məlum olub ki, məsələ bir qədər fərqlidir. Əməliyyatçılar cinayətdə şübhəli bilinən şəxsi dindiriblər və o, etiraf edib ki, həmin gecə möhkəm sərxoş olub.
Onunla çoxdan tanıdığı müəssisə sahibəsi arasında münaqişə baş verib. Kişi bildirib ki, qız öz tanışlarının yanında onunla pis rəftar edib. Bu isə onu həddindən artıq hiddətləndirib və o, bıçağa əl ataraq qızdan izahat tələb edib. Lakin heç bir zorlama və təhdidlə pul tələbi olmayıb.
Abdullayevə inzibati sanksiya olaraq 30 sutkalıq həbs tətbiq edilib.
Tarix: 25-09-2017, 22:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}