Azərbaycanda vəzifəli şəxsdən Kürdüstana dəstək ARAŞDIRMA BAŞLADI

Azərbaycanda vəzifəli şəxsdən Kürdüstana dəstək ARAŞDIRMA BAŞLADI İraq Kürd Regional Hökumətinin Kürdüstan dövləti elan olunması üçün sentyabrın 25-də keçirdiyi referenduma görə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub. Azərbaycan dövlət olaraq bu məsələyə hələ rəsmi münasibət bildirməsə də, ekspertlər Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə Türkiyənin yanında olmasının vacibliyini bildirirlər.
DİASPOR.AZ-ın məlumatına görə Azərbaycandada sapı özümüzdən olan baltalar Bakıda oturub Bərzaniyə maşalıq etməkdən çəkinmirlər.

Onlardan biri də Laçın rayonu içra hakimiyyətinin hüquq şöbəsinin müdürü Fizuli Tanrıverdiyev adlı şəxsdir .Həmin şəxs sosial şəbəkələrdən istifadə edərək açıq-aşkar separatçılığın təbliği ilə məşğul olur .Yəqin Laçın rayon rəhbərliyi artıq özlərimi Bərzaninin “xəritəsinə” uyğun Kürdüstan ərazisi sayır.

Bu,birmənalı olaraq qəbuledilməzdir, biabırçılıqdır.Görünür,Laçın icra hakimiyyətinin işçiləri vaxtı ilə qardaş Türkiyədən olan igidlərin Qarabağ torpağı uğrunda vuruşmasını unudublar. Belə olmasaydı,bu rəzalətə yol verməzdilər.

Hər halda məsələ ilə bağlı icra başçısının da fikri maraqlıdır.Əsl dağlarda döyüş indi başlayır.
Azərbaycanda vəzifəli şəxsdən Kürdüstana dəstək ARAŞDIRMA BAŞLADI Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.
Azərbaycanda vəzifəli şəxsdən Kürdüstana dəstək ARAŞDIRMA BAŞLADI
Azərbaycanda vəzifəli şəxsdən Kürdüstana dəstək ARAŞDIRMA BAŞLADIhttps://www.facebook.com/profile.php?id=100004874500400
Tarix: 26-09-2017, 13:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}