Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən yerə atıb

Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən yerə atıb Səhər saat 07:35 radələrində Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib.



"Report" xəbər verir ki, orta yaşlı kişi xəstəxananın müalicə olunduğu birinci korpusundakı palataların birinin pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb. Hazırda xəstəxanaya Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. İntiharın səbəbləri araşdırılır.



Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölən şəxsin kimliyi araşdırılır.
Tarix: 27-09-2017, 08:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}