Türkiyədə qadın alverçilərinə qarşı əməliyyat - Azərbaycanlı qadın da saxlanıldı

Türkiyədə qadın alverçilərinə qarşı əməliyyat - Azərbaycanlı qadın da saxlanıldı Türkiyənin Antalya şəhərində əcnəbi qadınları intim xidmətə məcbur edən qadın alverçilərinə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 6 qadın və onları fahişəliyə məcbur edən 1 nəfər saxlanılıb.

Saxlanılanlar gürcü, qırğız, azərbaycanlı və ikisi bacı olmaqla 3-ü ukraynalıdır.

Qadın alverçisi Onur K. adlı şəxsin daha öncə 6 il 8 ay həbs cəzası aldığı məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır.
Tarix: 3-11-2017, 21:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}