Azərbaycanda dəhşətli qətl – Qadının başını kəsdilər

Azərbaycanda dəhşətli qətl – Qadının başını kəsdilər Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. Hadisə ötən axşam şəhərin birləşmiş məhəllə ərazisində baş verib.

Siam.az-ın Xeberle.com-a istinadla məlumatına görə, mənzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr endiriblər. Daha sonra isə başını kəsiblər.

Qadının meyitini həyat yoldaşı aşkar edib. Qətli törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Qətlə yetirilən Nuridə Həsənovanın Sumqayıtda mənzil istismar sahəsində çalışdığı bildirilir.
Tarix: 12-11-2017, 09:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}