Azərbaycanda zəlzələ: əhali küçələrə axışdı; İranda dağntılar var - Foto

Azərbaycanda zəlzələ: əhali küçələrə axışdı; İranda dağntılar var - Foto Güney Azərbaycan da daxil olmaqla, böyük bir ərazidə güclü zəlzələ baş verib.

Axar.az xəbər verir ki, İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində - Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.


Təbrizdə əhali panika səbəbindən küçələrə axışıb. Hazırda təbrizlilər küçələrdədir.

Hələlik rəsmi açıqlama yoxdur.

Yeraltı təkanların Azərbaycan Respublikasının cənub bölgəsində - Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edilib.

***

İranın Kirmanşah şəhərində baş verən zəlzələnin böyük dağıntılara səbəb olduğu barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri dağıntıya aid fotolar paylaşıblar.

Zəlzələ, dağıntı və tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.Azərbaycanda zəlzələ: əhali küçələrə axışdı; İranda dağntılar var - Foto
Tarix: 12-11-2017, 23:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}