Göyçayda toyda qan töküldü: sahibkar qohumunu bıçaqladı

Göyçayda toyda qan töküldü: sahibkar qohumunu bıçaqladı Göyçay rayonunda toy mərasimində qohumlar arasında baş verən dava qanla nəticələnib.

Siam.az APA-nın xəbərinə xəbərinə istinadla bildirir ki , hadisə noyabrın 12-də gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu ilə şəxsi münasibətlər zəmnində dava edib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bəhruz Vəlibəyov sahibkar, Dəyanət Babayev isə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin əməkdaşıdır.

Siam.az
Tarix: 13-11-2017, 07:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}