Tanınmış aşıq vəfat etdi


Aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.

Bu barədə Kult.az-a aşığın yaxınları məlumat veriblər.

Bütün səylərə baxmayaraq, 2 gündür reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.

Xatırladaq ki, Aşıq Vüqar Mahmudoğlu ifarkt keçirib.

Allah rəhmət eləsin!
Tarix: 10-01-2018, 08:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}