Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi

Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayətkarı həbs edib.

Trend-in məlumatına görə, o 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.

Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.

Saxlanılan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.
Tarix: 13-01-2018, 14:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}