Rusiyalı alim Gəncədən Göygölə tərəf getdi- Yoxa çıxdı

Rusiyalı alim Gəncədən Göygölə tərəf getdi- Yoxa çıxdı
Azərbaycanda rusiyalı alim, Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşüb.

Virtualaz.org “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə onun tanışları və institutdakı mənbə bildirib.

Məlumata əsasən, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və özəl mehmanxanada yerləşib. Ev sahibinin sözlərinə görə, yanvarın 5-də qonaq Göygölə tamaşa etməyə yollanıb. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, rusiyalı Göygölə piyada yollanıb. Göl istiqamətində yolda hərbi hissə yerləşir və güman ki, Çulkov bu hərbi hissənin ərazisinə daxil olub. Bir müddət sonra təhlükəsizlik orqanlarının əməkdaşları mehmanxanaya gələrək, Dmitrinin otağına baxış keçiriblər və onun əşyalarını götürüblər.

Yanvarın 9-da hərbçilər ev sahibinə bildiriblər ki, rusiyalını buraxıblar, lakin o, mehmanxanaya qayıtmayıb, internet əlaqəsinə çıxmayıb və zənglərə cavab verməyib.

“Anasına deyib ki, bir həftəlik gedir, lakin iki gündən sonra onunla əlaqə kəsilib”, – institutdakı mənbə deyib. Çulkov yanvarın 10-da Azərbaycanı tərk etməli idi, lakin aviaşirkətdən verilən məlumata əsasən, o, təyyarəyə minməyib. Hazırda doğmaları və həmkarları rusiyalının axtarışlarını davam etdirirlər.
Tarix: 13-01-2018, 15:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}