Türkiyədə namaz vaxtı məscidə raket atıldı — Çox sayda yaralı var


Türkiyədə məscidə raket atılıb.
“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub. Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis vilayətinə PYD/PKK terror qruplaşması tərəfindən raket atılıb. Raket məscidə düşüb.

Hadisə məsciddə camaat namazı qılınan vaxt baş verib. Terror hücumu nəticəsində 15 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisədən sonra türk hərbçiləri raket atılan istiqamətə ağır texnikadan zərbələr vurublar.
Tarix: 24-01-2018, 21:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}