Evli və 2 uşaq atası olan şəxs əvvəlcə sevgilisini, sonra da atasını öldürüb – Bakıda dəhşətli cinayət

Evli və 2 uşaq atası olan şəxs əvvəlcə sevgilisini, sonra da atasını öldürüb – Bakıda dəhşətli cinayət Bakıda sevdiyi qadını və onun atasını amansızlıqla öldürən şəxsə ömürlük cəza verildi.

Bakıda ata və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edib. Sahib Hacıyev adlı şəxs sevgilisi Samirə Əsədova və onun atasını öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edib. Məhkəmədə iş üzrə dindirilməyən şahidlər məhkəməyə teleqram vuraraq səhhətləri ilə bağlı məhkəməyə gələ bilmədiklərini deyiblər. Onlar istintaqa ifadələrini təsdiq etdiklərini bildiriblər.

Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prosesin davamında dövlət ittihamçısı çıxış edib. O, xüsusi amansızlıqla qətl törədən şəxsin əməlinin məhkəmə istintaqı dövründə sübuta yetirildiyini bildidirib. Prokuror S.Hacıyevin bu əməlinə görə ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə iştirak edən zərərçəkmiş tərəf, mərhum Allahverdi Əsədovun oğlu dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirib. Sahib Hacıyevin vəkili müdafiə çıxışında bildirib ki, təqdirləndirilən şəxsin psixi problemləri olub.

Vəkil qeyd edib ki, müdafiəçisi olduğu S.Hacıyev mərhum Samirə Əsədovanı qətlə yetirsə də onun atasını öldürmək niyyəti olmayıb. Müdafiəçi söyləyib ki, mərhum Allahverdi Əsədov ani vəziyyətdə Sahib Hacıyevin idarə etdiyi maşının altında qalaraq dünyasını dəyişib.

Müdafiəçi S.Hacıyevin ilk dəfə məhkumluq həyatı yaşamasını, psixi problemlərinin olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə Sahib Hacıyevə son söz versə də o, danışmayıb. Müşavirəyə yollanan məhkəmə hökmü elan edib. Hökmə əsasən S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri – 1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

S.Hacıyev əvvəlcə mərhumları maşınla vurub daha sonra isə onları bıçaqlayıb. S.Hacıyev qətli qısqanclıq zəminində törədib. O, S.Hacıyevlə sevgili olub. Onun ailəli olduğu üzə çıxandan sonra mərhum Samirə Əsdova ilə münasibətləri pozulub. S.Hacıyev ailəli olub, iki övladı var imiş.
Tarix: 24-01-2018, 21:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}