Şəkidə polis əməkdaşının intihara cəhdinin səbəbləri məlum oldu

Şəkidə polis əməkdaşının intihara cəhdinin səbəbləri məlum oldu
Şəki rayonunda polis əməkdaşının intihara cəhd etməsinin bəzi təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, intihara cəhd edən Elgün Rəsulov ailə üzvləri ilə mübahisə edəndən sonra bu addımı atıb.

Məlumata görə, polis əməkdaşının ailəsində həmin gün ailədə söz-söhbət olub və E.Rəsulov evi tərk edib. Daha sonra o, intihar etmək məqsədilə essensiya (sirkə) turşusu içib. Yaxınlarının köməkliyi ilə əvvəlcə Şəki şəhər Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya - Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

Şöbə müdiri Azər Maqsudovun Trend-ə verdiyi son məlumata görə, intihara cəhd edən E.Rəsulovun vəziyyəti ağır olsa da, stabilləşməyə başlayıb: "Səhhəti tam normal deyil. Müalicə olunur, vəziyyəti nisbətən stabilləşməyə başlayıb".

Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib.
Tarix: 26-01-2018, 07:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}