Bakıda daha bir ərəb-fahişə qalmaqalı: Mohammed qadını döyübmü…

Bakıda daha bir ərəb-fahişə qalmaqalı: Mohammed qadını döyübmü… Bakıda ərəb turistlərlə onların oteldə “qonaq etdikləri” qadınlar arasında az qala hər həftə baş verən xoşagəlməz insidentlərdən daha biri qeydə alınıb. Belə ki, bəhreynli turist Mohammed Haqmed Alqasser Nəsimi rayonunda yerləşən “Boutique” otelində dava salıb.

25 yaşlı ərəbin otel otağında qonağı olan 1986-ci il təvəllüdlü G.D.-nı döyüb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsindən faktı “Report”a təsdiqləyiblər. Lakin insidenti araşdıran təhqiqatçı Məhəmməd Hüseynovvirtualaz.org saytına açıqlamasında döyülmə faktının öz təsdiqini tapmadığını bildirib.



Virtualaz.org saytının əməkdaşının “Boutique” otelindən məlumat almaq cəhdləri baş tutmayıb. Dəfələrlə əlaqə saxlasaq da, faktı nə təsdiq, nə də təkzib ediblər. Nəhayət adının çəkilməsini istəmyən əməkdaş israrla oteldə belə bir hadisənin baş vermədiyini deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda Zərdabi küçəsində yerləşən “Oriva” hotelinə yüngül həyat tərzi sürən qadınlarla birgə dincəlməyə gələn 55 yaşlı zəngin ərəb turist, Məsfər Oman Əlbillahi elə onların əhatəsindəcə ürək çatışmamazlığından dünyasını dəyişib. İstintaqın gedişi zamanı məlum olub ki, mərhum hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib və “Viagra”dan yüksək dozada istifadə nəticəsində ölüb.

İ.Rafiqqızı
Tarix: 29-01-2018, 16:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}