Öldürülüb yandırılan ginekoloq və Şabrandan tapılan cəsəd – bu hadisələrin bir-biri ilə əlaqəsi varmı?

Öldürülüb yandırılan ginekoloq və Şabrandan tapılan cəsəd – bu hadisələrin bir-biri ilə əlaqəsi varmı?
Bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində yol kənarında təxminən 40-50 yaşlarında yanmış kişi meyiti aşkarlanıb. Üzərində sənəd olmadığından və cəsəd tamamilə yandığından onun kimliyini müəyyənləşdirmək də mümkün olmayıb.

Bu hadisə ilə əlaqədar qəsdən adam öldürməyə görə xeyli vaxtdır həbsdə olan keçmiş polis əməkdaşı Samir Əliyevin həyat yoldaşı Zəminə Əliyeva dövlət başçısına və Baş prokurora müraciət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilmiş S.Əliyev keçmiş həyat yoldaşı Natəvan Əliyevanı paytaxtın Xətai rayonu ərazisindəki evində öldürüb, sonra da meyiti yandıraraq Xızı rayonu ərazisində yol kənarına atmaqda təqsirləndirilir.

N.Əliyeva Bakıda 2 saylı Doğum Evində həkim-ginekoloq işləyib. Samir Əliyev onun bibisi oğludur. Onlar 2013-cü ildə boşanıblar və evlilikdən 3 uşaqları olub.

Amma istintaq dövründə də, məhkəmədə də S.Əliyev dəfələrlə bildirib ki, qətli o törətməyib, hadisədən də ümumiyyətlə, xəbəri yoxdur, onu şərləyiblər. Hətta S.Əliyevlə işin istintaqını aparan müstəntiq arasındakı söhbətin də səs yazısı mətbuatda yayılmışdı. Həmin səs yazısında onun günahsız olmasından söhbət gedir.

Zəminə Əliyeva bundan öncə də müxtəlif dövlət orqanlarına məktublarında həyat yoldaşının günahsız olduğunu yazıb. Bildirib ki, həyat yoldaşının istifadəsində olmuş mobil telefonun əhatə dairəsi, şahid ifadələri də onun təqsirsizliyini sübut edir. Budəfəki məktubunda isə Şabran rayonunda tapılmış meyitlə N.Əliyevanın qətlini müqayisə edir: “Hər iki qətl hadisəsi eyni dəst-xətlə törədilib. Böyük ehtimal var ki, hər iki cinayət bu və ya başqa formada bir-biri ilə əlaqəlidir. Ola bilsin, bu iki cinayət ya eyni şəxs tərəfindən törədilib, ya da Natəvan Əliyevanı qətlə yetirmiş şəxsdən qisas meqsədi ilə həyata keçirilib. Xahiş edirəm, bu cinayətlərin bir-biri ilə əlaqəsinin müəyyən olunması üçün aidiyyəti üzrə göstəriş verəsiniz”.

Azadliq.info
Tarix: 30-01-2018, 21:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}