“ÖZÜMÜ ÖLDÜRMƏK İSTƏDİM, AMMA…” – Qarabağ qazisi: “Tovuzda qaziyə, şəhid ailəsinə hörmət, güzəşt etmirlər”




“Bu gün özümə qəst etməyi fikirləşirdim, qoca, başsız anam dəyişdirdi fikirimi”. Bu haqda “Hürriyyət”in redaksiyasına Qarabağ qazisi, Tovuz rayon, Aşağı Öysüzlü kənd sakini Məmmədli Coşqun Baris oğlu tərəfindən göndərilən şikayət məktubunda vurğulanır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Qarabağ qazisyəm, 10 ildir hərbi xidmətdəyəm. Füzulidə gedən döyüşlərdə yaralanmışam, 11 qəlpə yarası almışam. Hal-hazırda bədənimdə 9 qəlpə ilə yaşayıram. Cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Füzulinin azad olunması” medalları təltif edilmişəm.
5 aydır dəfələrlə Tovuz rayonunun icra başçısı Məmməd müəllimin, onun müavini Niftalı məllimin, qazi və şəhid ailələri üçün yaranan şöbənin müdiri Oruc məllimin, Aşağı Öysüzlü kənd bələdiyyəsi Hikmət müəllimin, icra nümayəndəsi Nazim müəllimin, Cırdaxan kənd bələdiyyəsi Orxan müəllimin yanında olmuşam. Məni qəbul ediblər, ancaq mənə köməklik gostərməyiblər, həmişə “yox” cavabını almışam. Bu gün məni acılayaraq, icra binasından geri göndərdilər.
Mənim istəyim 2 sot torpaqdır, həmişə mənə yerin olmadığını bildiriblər. Amma özüm olan yerlərin videsunu da, şəkillərini də göstərmişəm. Mənə dediklərinə görə, həmin yeri sənədləşdirmək mümkün deyil, amma həmin yerlərdə hal-hazırda ağaclar kəsilir, texnikalar işləyir, tikinti gedir. Amma mən yenə onlarla razılaşıram, fikrimi bildirirəm ki, göstərdiyim yerləri sənədləşdirmək mümkün deyilsə, sizdən xahiş edirəm, mənə yer göstərin, həmin yeri sənədləşdirin. Amma yenə də “yox” cavabını alıram.
Sizdən xahişim odur ki, isıqlandırasınız. Mən sizin qəzet vasitəsi ilə cənab İlham Əliyevə səslənmək istəyirəm. Çünki bu rayonda qaziyə, şəhid ailəsinə hörmət, güzəşt etmirlər.
Mənim son ümidim sizsiniz. Mən bu gün özümə qəst etməyi fikirləşirdim, qoca, başsız anam fikirimi dəyişdirdi”.

Redaksiydan: Mövzunu davam etdirəcəyik. Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.
Tarix: 25-06-2021, 18:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}