Vaksin vurdurmaq istəyənlər artıb, amma əngəl var... - Randevu sistemi gələn aya niyə növbə vermir?



Azərbaycanda koronavirus əleyhinə vaksin vurdurmaq istəyənlərin sayı kəskin artıb. Xüsusən, toy şənliklərinə yalnız Covid pasportu olan şəxslərin iştirakına icazə veriləcəyi müraciətlərin sayını çoxaldıb.
Amma vətəndaşlar TƏBİB-in qeydiyyat sisteminin yaratdığı əngəllə üzləşiblər. Məlumdur ki, peyvənd vurdurmaq istəyənlər randevu.gov.az sistemində qeydiyyatdan keçməlidirlər. Sistemdə bu ayın son günləri üçün əksər tibb müəssisələrində yerlər doludur. Gələn ay üçün növbə götürmək isə mümkün deyil. Çünki sistemdə iyul ayının qrafiki yerləşdirilməyib.
Xatırladaq ki, randevu sistemi “Sinovac”,“Pfizer” və “Sputnik V” vaksini üçün yaşı 18 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.
"AzPolitika.info"
Tarix: 25-06-2021, 23:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}