Burda ÖLÜNÜ DƏ SOYURLAR... - NARAZILIQ!
“Anamla telefonla danışanda, səsi yaxşı gəlmədi. Soruşdum ki, niyə elə danışırsan? Dedi ki, protezimi çıxarıb, götürüblər, ağzımda dişim yoxdur”.
Tovuzun Alakol kənd sakini, 1959-cu il təvəllüdlü Leyla Əzizova aprelin 26-da pnevmoniya (ağciyər iltihabı-red) diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanası yerləşdirilib.
Ailəsinin dediyinə görə, xəstəxanaya daxil olanda onun ağzında üzərində səkkiz qızıl dişli protez olub.
Ailənin iddiasına görə, Leyla Əzizova COVİD-19 infeksiyasına yoluxmadığı halda, onu koronaviruslu xəstələr olan reanimasiya şöbəsinə yerləşdiriblər.
Xəstə mayın 2-də gecə saatlarında vəfat edib.
Mərhumun həyat yoldaşı Arif Əzizov Meydan TV-yə danışır ki, həyat yoldaşı həkimlərin səhlənkarlığı ucbatından vəfat edib: “Rentqen müyainəsi zamanı dedilər ki, pnevmaniyadır. Sən demə, aparıb, koronavirus xəstələrinin içinə salıblar. Bizi də içəri buraxmadılar. 70-ə yaxın yaşım var, əgər həyat yoldaşımda koronavirus olsaydı, mən də yoluxardım. Üst protezində səkkiz qızıl dişi vardı, dişi ağzından çıxarıblar. Yoldaşımın yedi mərasimindən sonra xəstəxanaya getdik, gətirib bizə üzərində dörd qızıl olan protez göstərdilər. Bildirdik ki, bizim deyil”.
Ölüm haqqında şəhadətnamə
“Kamera görüntülərini tələb etdim, dedilər göstərə bilmərik”
Mərhumun qızı Dünya Əzizova deyir ki, xəstəxana rəhbərliyindən kamera görüntülərini tələb ediblər: “Tələb etdim, çox səs-küy saldım. Lakin dedilər ki, görüntüləri sizə göstəməyə ixtiyarımız yoxdur. Anamı xəstəxanaya aparmasaydıq, bəlkə də, evdə sağalmışdı. Koronavirus olmadığı halda, onu həmin xəstələrin içinə saldılar, sonra da qızıl dişlərini oğurladılar. Bizə alt çənə protezi gətirdilər. Üstündə də dörd qızıl diş vardı. Mən də dedim ki, yox, bu deyil. Cavabında dedilər ki, ananız yatan çarpayının altından tapmışıq. Götürmədik, özlərinə qaytardıq. Həmin protezin yanında şəkər ölçmək üçün aparat və dərmanlar da vardı. Anamın heç vaxt şəkər xəstəliyi olmayıb”.
“Bizim xəstəxanada çöp də itə bilməz”
Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova Meydan TV-yə ailənin ittihamlarını əsassız adlandırıb: “Həmin adam ağır vəziyyətdə xəstəxanamıza daxil oldu. Bütün personal nə lazımdırsa, əlindən gələni etdi. Xəstə vəfat edəndən sonra morqa göndərildi. Morqdan da dezinfeksiya olundu və birbaşa qəbristanlığa aparıldı. Əgər mərhum xəstəxanadan morqa, oradan da kəfənlənərək, birbaşa qəbristanlığa aparılıbsa, onun ağzını kim açdı baxdı ki, ağzında protezi var, ya yox? Bundan məlum olur ki, onlar yalan danışır. Əllərində konkret fakt yoxdur. Meyiti açıb baxsınlar, bəlkə, diş ağzındadır. Videogörüntülərə baxılıb. Məsələni polis araşdırdı. Bizim xəstəxanada çöp də itə bilməz. Xəstələr bura daxil olanda, üzərlərində nə varsa, ailələrinə təhvil verilir. Belə olan halda, onlar cinayət məsuliyyəti daşıyır ki, xəlvətdə koronaviruslu meyitin kəfənini açıblar, qaydaları, pozublar ağzına baxıblar. COVİD vaxtı Qazax Rayon Mərkəzi Xəstəxanası kimi işləyən xəstəxana olmayıb”.
Nəticələr
“Zəhmətimizin əvəzi budur?”
Baş həkim bildirib ki, Leyla Əzizova COVİD-19 virusuna yoluxub, xəstəliyi ağır keçirdiyi üçün vəfat edib: “COVİD-lə, ağır pnevmoniya ilə daxi olub, portalda adı-soyadı var. Kompüter və rentqen müayinəsi və xəstəlik tarixi var. Ailəsi çox yalan danışır. Şəxsən mənim yanıma üç gün gəlib-getdilər ki, “hörmət” etsinlər. Mən onu qəbul etdmədim. Buradakı işçilərimdən heç kim də bir manat almayıb. Heç kəsə bir manat verə bilməyiblər. Pul götürülsəydi, görün, nə hoqqalar törədərdilər. Bu ailə həkimlərin zəhmətini itirir. Reanimasiya şöbəsində həkim on gün həmin xəstənin başının üstündən getməyib. Zəhmətimizin əvəzi budur? Ayıbdır, belə söhbətlər lazım deyil. Ölənin ruhu qəbrində narahatdır”.
Ölüm səbəbi
“Biz orada heç kimə pul təklif etməmişik. Anamı ilk gün xəstəxanaya yerləşdirəndə, Sevda xanıma dedik ki, doktor, xəstəmizin xətrinə nə lazımdır edək. O da bildirdi ki, bizim xəstəxana pullu deyil. Ona görə də bizimlə pul söhbəti etməyin”, – Dünya Əzizova həkimin söylədiklərinə cavab olaraq deyib.
Meydan TV
Tarix: 26-06-2021, 22:58
-
Bu gün, 15:39
Xırdalanın “Heydər” parkını meyxanaçılar, almaxanımlar zəbt edib – Şikayət
-
Bu gün, 08:30
"Həkim komissiyası və komissarın iş birliyi"- NARAZILIQ
-
Bu gün, 08:30
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Bu gün, 07:29
Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib
-
Bu gün, 07:24
Vəzifəli şəxsləri həbs olunan “Epidbiomed” şirkəti Səfərbərlik Xidmətinə 55min ədəd narkotesti nə üçün satıb? – Araşdırma
-
Bu gün, 07:15
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə…
-
Bu gün, 07:03
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi – Torpaq qalmaqalı
-
Bu gün, 07:02
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Bu gün, 07:00
Bakıda saxta məhsullar hazırlanırmış: “Domestos”, “Fairy”, “Perwol”… – Fotolar
-
Dünən, 23:20
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Dünən, 23:19
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
Dünən, 23:16
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dünən, 23:09
Rusiya “mifyaradanları” gedir, amma…
-
Dünən, 23:08
Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər
-
Dünən, 23:04
Adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Dünən, 22:52
Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO
-
Dünən, 22:47
Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
-
Dünən, 22:39
“Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar çıxarıldı
-
Dünən, 22:34
Erməni cəmiyyəti həyəcan içində, mif dağılır: “Yığışdırın bu müzakirəni”
-
Dünən, 22:33
Ermənistan öz silahlı qüvvələrini Qazaxın dörd kəndindən ÇIXARIR
-
Dünən, 22:24
“Bu halda respublikaçılar öz mövqelərini itirəcək... - Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
-
Dünən, 22:11
KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?
-
Dünən, 22:02
Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video
-
Dünən, 21:30
Vaqif küçəsinin sakinləri təhlükədə: çürümüş işıq dirəkləri hər an aşa bilər - FOTOLAR
-
Dünən, 18:37
Milli Məclis özünü buraxa bilər - YAP-çı deputatdan yeni parlament seçkiləri və referendum ANONSU
-
Dünən, 18:19
Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"
-
Dünən, 14:43
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq - DETALLAR
-
Dünən, 11:42
Fransanın növbəti diplomatları qovulub - Observer Online
-
Dünən, 11:36
“Gomas Auto” məhkəməyə verildi - 1 milyon AZN-dən çox vergi borcu var
-
Dünən, 11:27
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
{sape_links}{sape_article}