Xalq dərin kədər içindədir: Diktator arıqlayıb


Xalq dərin kədər içindədir: Diktator arıqlayıb

Şimali Koreya lideri Kim Çen In arıqlayıb və bu, onun həmvətənlərini ciddi narahat edir.
Cebhe.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi Şimali Koreya dövlət televiziyasına istinadən yazıb.
2020-ci ildəki məlumata görə, diktatorun çəkisi 140 kiloqram olub. O, hər il ardıcıl olaraq 6-7 koloqram alıb.
İndi Şimali Koreya xalqı rəhbərin niyə bu qədər arıqladığını maraq edir.
Vətəndaşlardan biri televiziyaya müsahibəsində bildirib ki, insanlar dərin kədər içindədir: "Hörmətli baş katib arıqlayıb, insanlar dərd içindədir. Hamı deyir ki, onu elə vəziyyətdə görəndə ağılayıb".
Kim Çen In televiziyada son dəfə bir ay əvvəl görünüb. Əmək Partiyasının Siyasi bürosunun iclasından görüntülər yayılıb. Vətəndaşların gözündən o da yayınmayıb ki, diktator saatının kəmərini də irəli çəkməli olub.
Tarix: 28-06-2021, 21:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}