“Yol polisinin ayrıca qurum kimi formalaşması korrupsiyaya yuvarlanmasına səbəb olur”


"Dövlət Yol Polisinin ayrıca qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Bu işin ümumi polis orqanlarına həvalə edilməsi və həmin sahədə çalışanların tərkibinin tez-tez dəyişdirilməsi neqativ halların azalmasında mühüm rol oynaya bilər".
 
Bunu Pravda.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib.
 

 
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda Dövlət Yol Polisinin ayrıca qurum kimi fəaliyyət göstərməsi uzun müddətdir ki, müzakirə mövzusudur: “Bir çox ölkələrin praktikasına baxdıqda  görürük ki, ayrıca yol polisi bölümü yoxdur. Polis Daxili İşlər Nazirliyinin tərkibində daxili sabitliyin və asayişin qorunmasına xidmət edək altqurumlar kimi fəaliyyət göstərir. Həmçinin yol hərəkəti qaydalarının nizamlanmasında da ən vacib rola malikdir. Yol polisinin ayrıca qurum kimi formalaşması gələcəkdə həmin qurumun elitarlaşmasına, yəni korrupsiyaya yuvarlanmasına səbəb olur. Eyni insanların hər gün eyni işi görməsi buna şərait yaradır. Bir sıra ölkələrdə polis nəfərləri bir həftə yol polisi, bir həftə post patrul kimi, bəzən isə mühafizə polisi və s. kimi fəaliyyət göstərirlər. Beləliklə, polislərin eyni xidməti uzun zaman yerinə yetirməmələri onların korrupsiyaya meyillənmələrinin qarşısını alan amilə çevrilir. Azərbaycanda isə elə stasionar postlar var ki, orada uzun illərdir eyni adamlar fəaliyyət göstərirlər. Beləliklə, həmin polislər xidməti yerlərini, sanki öz obyektləri kimi "işlətməyə" başlayırlar. Bu baxımdan, hesab edirəm ki, Dövlət Yol Polisinin ayrıca qurum kimi fəaliyyətinə ehtiyac yoxdur".
Tarix: 29-06-2021, 16:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}